Obama G20 sammitində Suriyanı müzakirəyə çıxaracaq
11 noyabr 2015 03:04 (UTC +04:00)

Obama G20 sammitində Suriyanı müzakirəyə çıxaracaq

Ağ Evin mətbuat katibi Coş Ernest ABŞ prezidenti Barak Obamanın Türkiyənin Antalya şəhərində keçiriləcək “G20” (“böyük iyirmilik”) sammiti zamanı Suriyanı müzakirə etmək niyyətində olduğunu bildirib. APA-nın xəbərinə görə, bu barədə  “Reuters” məlumat yayıb.

 

Onun sözlərinə görə, Obama İŞİD terror qruplaşmasının zəiflədilərək tamamilə məhv edilməsinə  yönəlmiş davamlı səylər barədə də danışıqlar aparmaq niyyətindədir.  

 

Ernestin sözlərinə görə, sammitdə iştirak edəcək “böyük iyirmilik” ölkələrinin əksəriyyəti İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın iştirakçılarıdır.

 

Qeyd edək ki, bundan əvvəl Barak Obama və Vladimir Putin  arasında sammiti zamanı hər-hansı  formatda söhbət aparılacağı istisna edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243

Oxşar yazılar