ABŞ prezidenti Barak Amerika xalqına həftəlik müraciətində İkinci Dünya Müharibəsinin sona çatmasının 70 illiyinin qeyd edilməsindən danışıb: “Bu gün biz Avropada İkinci Dünya Müharibəsində müttəfiqlərin qələbəsini qeyd edirik”.
Lent.az anspress-ə istinadən məlumat verir ki, ABŞ prezidenti müharibənin başa çatması ilə yanaşı, bu mühüm gündə ölkəyə xidmət edən qadın və kişi hərbçilərə ehtiram bildirildiyini deyib. “Biz Avropada və hər yerdə müttəfiqlərimizlə azadlıq, təhlükəsizlik, demokratiya, insan haqları və dünyanın hər yerində qanunun aliliyi kimi paylaşdığımız dəyələrə bir daha sadiqliyimizi bildiririk”.
O deyib ki, İkinci Dünya Müharibəsinin sona çatmasının 70 illiyi sadəcə tarixi hadisənin anılması demək deyil. “Gəlin, özümüzü onların uğrunda mübarizə apardığı azadlıq işinə həsr edək” - deyə, ABŞ prezidenti müraciətində bildirib.
Obama faşizm üzrəindəki qələbənin 70 illiyindən danışdı
228