ABŞ prezidenti Barak Obama Afrika ölkələrinə sərmayə və iqtisadi yardım məqsədi ilə 33 mlrd dollar ayıracağını vəd edib.
Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.
“Bu bütün Afrikanın inkişafına yardım edəcək və ABŞ-da yeni iş yerlərinin artmasına səbəb olacaq. Məsələ ondadır ki, Amerika Afrikanın inkişafına sərmayələri uzun müddətə yatıracaq”, - deyə ABŞ lideri vurğulayıb.
Mənbənin məlumatına görə, qeyd olunan məbləğin 12 mlrd dolları Afrika iqtisadiyyatı üçün çox önəmli olan enerji sahəsinin inkişafına yönəldiləcək, 14 mlrd isə Amerika şirkətləri tərəfindən digər sahələrə yatırılacaq.
Qeyd edək ki, Vaşinqtonda ilk dəfə ABŞ – Afrika sammiti keçiriləcək.