Obama: Heç kim İranla münaqişə istəmir
15 may 2015 06:44 (UTC +04:00)

Obama: Heç kim İranla münaqişə istəmir

ABŞ-ın Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasının üzv dövlətləri ilə əməkdaşlıq sahəsində təmasları İranla münasibətlərin gərginləşdirilməsinə istiqamətlənməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.  

 

Qeyd edək ki, Barak Obama Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin liderləri ilə öz iqamətgahında sammit təşkil edib.

 

“Bizim təhlükəsizlik sahəsində əməkdaşlığımız  İranla konfrontasiyaya istiqamətlənməyib. Bizlərdən (görüş iştirakçılarından-red.)  heç kim İranla münaqişə olmasını istəmir. Biz İranın regiondakı məsuliyyətli rolunu alqışlayırıq”, deyə Barak Obama görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, İran etimadın yaranması və qonşuları ilə ziddiyyətlərin sülh yolu ilə həll olunması üçün konkret və əməli addımlar  atmalı, beynəlxalq norma və öhdəliklərə əməl etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar