<span style="color:red;">Obama:  "Kobani üçün çox narahatıq"
15 oktyabr 2014 11:12 (UTC +04:00)

Obama: "Kobani üçün çox narahatıq"

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Vaşinqtonda İŞİD-ə qarşı yaradılmış koalisiya qüvvələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri ilə görüşüb. Lent.az-ın zaman.com.tr-yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti görüşdə 60-a yaxın ölkənin koalisiya qüvvələrinə dəstək verdiyini bildirib: “Onların arasında İraq, Türkiyə, ərəb ölkələri, NATO-dakı müttəfiqlərimiz var. Koalisiya qüvvələri uzun müddətli mübarizə üçün bir yerə yığışıb. Ölkələrimiz İŞİD-in İraq və Suriyada yerli sakinləri üçün təhlükə mənbəyi olması barədə həmfikirdir. Eyni zamanda İŞİD-in sıralarında çoxlu sayda əcnəbinin döyüşməsini faktını da nəzərə alsaq, İŞİD təkcə Yaxın Şərq üçün yox, ABŞ, Avropa, hətta Avstraliya üçün də təhlükə mənbəyidir”.

 

ABŞ prezidenti B.Obama görüşdə koalisiya qüvvələrinin İŞİD terrorçuları üzərindəki uğurlarından da danışıb: “Ərbildə İŞİD-in irəliləməsinin qarşısı alınıb, Sincar dağlarındakı soyqırım təhlükəsi ilə üz-üzə qalan mülki əhali xilas edilib, Mosul su bəndi geri qaytarılıb, çoxlu sayda İŞİD döyüşçüsü məhv edilib”.

 

B.Obama şiddətli döyüşlərin getdiyi Kobanidə baş verənlərə görə isə narahatlığını ifadə edib: “Hazırda bütün diqqətimizi İraqın Əmbar bölgəsinə yönəltmişik. Kobanidəki vəziyyətdən ötrü də çox narahatıq. İŞİD-in Kobaniyə hücumu Suriya və İraqdakı təhlükənin ciddiliyindən xəbər verir. İraq və Suriyada koalisiya qüvvələrinin İŞİD-ə qarşı hava hücumları ardıcıl olacaq”.

 

Sonda B.Obama İŞİD-ə görə vətənlərindən didərgin düşən insanlara, eyni zamanda onlara qucaq açan ölkələrə də humanitar yardım edəcəklərini qeyd edib: “İŞİD-ə görə vətənlərindən didərgin düşənlərə köməyimizi davam etdirəcəyik. İordaniya, Livan və Türkiyə, bax bu üç ölkə neçə ildir ki, Suriyadakı vətəndaş müharibəsinin nəticəsində qaçqın düşən insanlara qucaq açır. Bu ölkələr ağır əzablara qatlaşır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar