Obama: "Fələstinli uşaqların öldürülməsi yolverilməzdir"
02 oktyabr 2014 10:50 (UTC +04:00)

Obama: "Fələstinli uşaqların öldürülməsi yolverilməzdir"

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib. APA TV-nin məluamtına görə, Ağ Evdə baş tutan görüşdə tərəflər İsrail-Fələstin münaqişəsinə dair müzakirələr aparıblar. Obama Netanyahuya bildirib ki, iki ölkə arasındakı status-kvo dəyişməlidir. Obama həmçinin, Fələstinə edilən hücumlar barədə Netanyahuya iradını bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, İsrail təkcə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməklə qalmamalı, eyni zamanda, Fələstinli uşaqların öldürülməsinə də yol verməməlidir.

 

Netanyahu isə, öz növbəsində İranın nüvə proqramı məsələsinə toxunub. Nazir qeyd edib ki, rəsmi Tehranın nüvə proqramına dair niyyətində əl çəkməməsi, və bununla belə, ona qarşı tədbiq olunan ağır sanksiyaların azaldılmasını tələb etməsi qəbuledilməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar