Obama: «Rusiya beynəlxalq hüququ pozmaqda davam edərsə…» - <span style="color:red;">YENİLƏNİB
07 mart 2014 09:57 (UTC +04:00)

Obama: «Rusiya beynəlxalq hüququ pozmaqda davam edərsə…» - YENİLƏNİB

0

ABŞ prezidenti Barak Obama bildirib ki, Krımın statusuna dair referendumun keçirilməsi «Ukrayna konstitusiyası və beynəlxalq hüququn» pozulması deməkdir.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ağ Evin indiki yiyəsi martın 6-da Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasında, Krıma hərbi müdaxilədə iştirak edənlərə sanksiya tətbiqi bağlı sərəncam imzaladığını  təsdiqləyib.

 

«Əgər Rusiya beynəlxalq hüququ pozmaqda davam edərsə, o zaman ABŞ və müttəfiqləri daha sərt mövqe tutacaq»-deyə, B.Obama vurğulayıb.

 

ABŞ prezidenti qeyd edib ki, Ukraynanın bütün bölgələrinə, o cümlədən Krıma beynəlxalq müşahidəçilər buraxılmalıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2470

Oxşar yazılar