ABŞ prezidenti Barak Obama İranın əldə olunan nüvə razılaşmasına dair qeyri-səmimi davranışa yol verdiyini istisna etmir.
“İran aldada bilərmi? Bu mümkündür”, - deyə Obama Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
ABŞ prezidenti bununla əlaqədar Tehranın atacaq addımlarının yoxlanılması mexanizminin vacibliyini qeyd edib. Obama bu mexanizmin danışıqlarda indiyədək müzakirə olunan məsələlərin ən ciddisi olduğunu qeyd edib.