Suriyada qan tökülməsinə son qoymaq üçün prezident Əsəd postundan getməlidir.
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama NBC telekanalı ilə yayımlanan mətbuat konfransında bəyan edib.
“Düşünürəm ki, Əsəd getməlidir. Suriya prezidenti ölkənin əksər vətəndaşlarının gözündə legitimliyini itirib”, deyə B.Obama bildirib.