Obama: “Biz müttəfiqlərimizin təhlükəsizliyinin gücləndirilməsinə dəstək verəcəyik”
04 iyun 2014 17:09 (UTC +04:00)

Obama: “Biz müttəfiqlərimizin təhlükəsizliyinin gücləndirilməsinə dəstək verəcəyik”

Avropaya səfərə çıxan ABŞ prezidenti Barak Obama Şərqi Avropadakı NATO üzvlərinin və müttəfiq ölkələrin təhlükəsizliyinin təmin edilməsi mövzusu üzərində xüsusi dayanıb.


 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Obama Varşavadakı çıxışında bildirib ki, ABŞ təkcə NATO ölkələrinin deyil, müttəfiq ölkələrin, o cümlədən Ukraynanın təhlükəsizliyini təmin etmək niyyətindədir:

 

“Bir gün əvvəl mən ABŞ-ın Şərqi Avropadakı hərbi mövcudiyyətinin gücləndirilməsi barədə yeni təşəbbüs elan etdim. Bu, bizim Ukrayna, Gürcüstan, Moldova kimi dostlarımızın təhlükəsizliyinin təmin olunması üçün onlara dəstəyin gücləndirilməsi mənasına da gəlir. Polşa, Latviya, Litva, Estoniya, Rumıniya heç vaxt təhlükə qarşısında tək qalmayacaq. Biz öz öhdəliklərimizi təsdiqləyirik. Biz təlimlər keçiririk, gəmilərimiz Qara dəniz və Baltik dənizindədir, ordumuz Polşa torpağındadır”.  

 

B. Obama bəyan edib ki, Vaşinqton bunu kimisə qorxutmaq üçün yox, öz müttəfiqlərini qorumaq məqsədilə edir.

 

Xatırladaq ki, B Obama ABŞ-ın Şərqi Avropadakı hərbi kontingentini gücləndirəcəyini və NATO-ya daxil olmayan müttəfiqlərini də dəstəkləyəcəyini açıqlayıb. Prezident bu məqsədlə 1 milyard dollar pul ayrılması üçün Konqresə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45