Mayın 28-də ABŞ prezidenti Barak Obama bəyan edib ki, ABŞ dünyanın ictimai rəyinə təsir göstərərək, Krımı ilhaq etdikdən sonra Rusiyanın beynəlxalq aləmdə təcridinə nail olub.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Nyu-Yorkda Vest-Point Hərbi Akademiyasındakı çıxışında ABŞ lideri deyib: “Bizim ictimai rəyi formalaşdırmaq imkanlarımızı Rusiyanın qısa bir zamanda təcrid olunmasına kömək edib. Amerikanın liderliyi sahəsində dünya qısa bir zamana Rusiyanın fəaliyyətini mühakimə etdi. Avropa Birliyi və “Böyük – 7”-lik Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyaya qoşuldu. NATO-nun Şərqi Avropa qarşısında götürdüyü öhdəlikləri qətiləşdi. Beynəlxalq Valyuta Fondu Ukrayna iqtisadiyyatının sabitləşməsinə yardım edir. ATƏT-in müşahidəçiləri Ukraynanın qeyri-sabit bölgələrindəki vəziyyəti dünyaya çatdırır ”.
O, əlavə edib ki, beynəlxalq ictimaiyyətin və dünya institutlarının birgə fəaliyyəti sərhəddəki qoşunu və yaraqlılarla bağlı Rusiyanın təbliğatına qarşı durdu.
“Biz gələcək hadisələrin inkişafını deyə bilmərik. Ancaq ciddi çağırışlar olacaq. Ancaq beynəlxalq ictimaiyyət adından müttəfiqlərimizlə birlikdə dəstəyimiz Ukrayna xalqına gələcəyini seçməyə imkan verdi” - deyə, Obama vurğulayıb.