Obama 40 illik qadağanı ləğv etdi
19 dekabr 2015 03:41 (UTC +04:00)

Obama 40 illik qadağanı ləğv etdi

ABŞ prezidenti Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

 

Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.

 

Qeyd edək ki, ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt  Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar