Nyu Yorkun Manhetten rayonunda partlayışın baş verdiyi yaşayış binasının qismən uçması nəticəsində azı 30 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “New York Post” qəzeti partlayışdan sonra binada güclü yanğının baş verdiyini qeyd edib. Yanğın binanın bir neçə mərtəbəsini əhatə edib.
ABC telekanalının məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadaları cəlb olunub, lakin yanğının intensivliyi səbəbindən yanğınsöndürənlər bir müddət geri çəkilməyə məcbur olublar.
Binanın birinci mərtəbəsində yerləşən restoranda tavanın uçduğu bildirilir. Binanın tam uçmasından ehtiyatlanan yanğınsöndürənlər yaxınlıqdakı yaşayış binaların sakinlərini təxliyə edir.