Nyu-Yorkda yeni il yolkası quraşdırıldı
07 noyabr 2015 20:42 (UTC +04:00)

Nyu-Yorkda yeni il yolkası quraşdırıldı

Noyabrın 6-da Nyu-York şəhərindəki “Rockefeller Plaza” meydanında yeni il yolkası quraşdırılıb. Həmin gün meqapolisin mərkəzində termometr ilin bu vaxtı üçün rekord sayıla biləcək +26 dərəcəni göstərirdi.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə,  Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, uzunluğu 24 metr, ağırlığı təxminən 10 ton olan küknar ağacı Nyu-York ştatının Qardner şəhərciyindən gətirilib. Yaşı 80-nə çatan ağac qaldırıcı kran və onlarla fəhlə tərəfindən postament üzərinə qoyulub. Bundan sonra ağac bir neçə həftə ərzində təxminən 45 min lampa ilə bəzədiləcək, baş ucuna isə ənənəyə uyğun olaraq “Swarovski” ustaları tərəfindən hazırlanmış nəhəng büllur ulduz taxılacaq.

 

ABŞ-da ənənəvi yeni il mövsümü bu küknar ağacındakı lampaların işıqlanması ilə başlayır. Bu dəfə lampalar dekabrın 2-də yandırılacaq. Bayram mövsümündə yeni il yolkasını ən azı 2 milyon insanın ziyarət edəcəyi gözlənilir. O, 2016-cı il yanvarın 7-dək Nyu-Yorkun mərkəzini bəzəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar