Nyu-York ştatının qubernatoru Endryu Kuomo güclü qar çovğunu səbəbindən avtomobillərin şəhərdə hərəkətinə qadağa qoyub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qubernator “Tvitter” səhifəsində bildirib.
“Birinci növbədə insanların təhlükəsizliyidir. Avtomobillərin hərəkətinə qadağa 14.30-dan (Bakı vaxtı ilə 23.30-dan) tətbiq edilməyə başlayacaq”, deyə məlumatda bildirilir.
Qadağanın hava şəraiti normallaşanadək qüvvədə qalacağı bildirilir. Qatarların hərəkətinə də qadağanın tətbiq ediləcəyi bildirilir.
Qubernatorun sözlərinə görə, qadağa ştatın cənub-şərq hissəsinə (Daunsteyst Nyu-York) şamil olunacaq.
Qeyd edək ki, güclü qar çovğunu səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub.