Nyu-York  ən çirkli şəhər elan edilib
14 yanvar 2015 05:30 (UTC +04:00)

Nyu-York ən çirkli şəhər elan edilib

0
Nyu-York ABŞ-ın ən çirkli şəhəri elan edilib. Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, bu barədə “Səyahət və istirahət” jurnalının apardığı sorğunun nəticələrindən məlum olub. ABŞ-ın ən iri meqapolisinin göstəriciləri ötən illə müqayisədə pisləşib.  
 
Respondentlərin fikrincə, Nyu-York həm də Amerikanın ən səs-küylü şəhəri, sakinləri isə ən kobud amerikalılardır. Digər tərəfdən, “Böyük alma” (Nyu-Yorku bəzən belə də adlandırırlar) dəblə geyinmiş adamların, bahalı dükanların, teatrların sayına görə birinci yerdədir.
 
“Antireytinq beşliyi”nə Yeni Orlean (Luiziana ştatı), Baltimor (Merilend ştatı), Los-Anceles (Kaliforniya ştatı), Atlanta (Corciya ştatı) da daxildir. ABŞ-ın 35 şəhərinin qiymətləndirildiyi sorğuda 35 min adam iştirak edib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar