Nyu-Cersidə fövqəladə vəziyyət elan edildi
27 noyabr 2014 03:16 (UTC +04:00)

Nyu-Cersidə fövqəladə vəziyyət elan edildi

ABŞ-da Nyu-Cersi ştatının qubernatoru Kris Kristi güclü qara görə fövqəladə vəziyyət elan edib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın şimali-şərq ştatlarında tüğyan edən güclü qar hazırda on minlərlə insanı elektrik enerjisiz qoyub.

 

Bəzi şəhərlərdə yağıntılara görə məktəblər bağlanıb. Yolların buz bağlaması çoxsaylı xırda yol qəzaları ilə nəticələnib, 600-dən çox aviareys təxirə salınıb. Meteoroloqların proqnozlarına əsasən, ABŞ-ın şərq hissəsində qeyri-sabit  hava hələ bir neçə gün davam edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529
avatar

Oxşar yazılar