Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Avstriyada həbsxanada ölü tapılıb.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, yerli məhkəmənin hakimi bildirib ki, R. Əliyev intihar edib.
R. Əliyevin vətəninə ekstradisiyası haqqında qərar veriləcəyi gözlənilirdi.