APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Norveçin xarici işlər naziri Berqe Brende bəyan edib.
“Biz Avropa Birliyinə üzv olmasaq da, Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətindəyik. Ukrayna böhranı başlanandan Norveç Avropa Birliyinin və qonşu ölkələrin mövqelərini dəstəkləyib. İndi də belə olacaq”, deyə Brende bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar iyulun 31-də qüvvəyə minib. ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilən sanksiyalar Rusiya banklarının maliyyə bazarlarına çıxışını, silah, ikili təyinatlı məhsullar və enerji texnologiyaları idxalını məhdudlaşdırıb.