Norveç Gömrük Birliyi ilə danışıqları dondurub
19 mart 2014 05:48 (UTC +04:00)

Norveç Gömrük Birliyi ilə danışıqları dondurub

0

Norveç hakimiyyəti Vahid GÖmrük Birliyi ilə azad ticarət haqqında danışıqları dondurub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Norveçdə çıxan «Aftenposten» qəzeti xəbər dərc edib.

 

Ölkənin xarici işlər naziri Berg Brende bildirib ki, Norveç Krımı Ukraynanın bir hissəsi sayır. O, krallığın Avropa Azad Ticarət Assosiasiyası (Norveç, İslandiya, İsveçrə, Lixtenşteyn) ilə Gömrük Birliyi arasında uzun müddətdir davam edən danışıqlardan çıxdığını bildirib.

 

Nazirin sözlərinə görə, Norveçin danışıqlardan çıxması o biri üç dövlətlə razılaşdırılıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar