Nobel Sülh Mükafatını kim qazanacaq?
02 oktyabr 2014 17:30 (UTC +04:00)

Nobel Sülh Mükafatını kim qazanacaq?

0

Azərbaycandan yazıçı Əkrəm Əylislinin də namizəd göstərildiyi Nobel Sülh Mükafatı oktyabrın 10-da öz sahibini tapacaq. Lent.az-ın nobelprize.org saytına istinadən verdiyi xəbərə görə, mükafata 278 namizəd Norveç Nobel komitəsi tərəfindən qəbul edilib ki, bunlardan da 47-i təşkilatdır.

 

278 namizəd Nobel Sülh Mükafatı tarixində ən yüksək göstəricidir. Bundan əvvəl, 2013-cü ildə rekord sayda, 259 namizəd Norveç Nobel komitəsi tərəfindən qəbul edilmişdi.

 

Analitiklər Roma papası Fransisk, Eduard Snouden, pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay, “Novaya qazeta” və Denis Mukveqeni 2014-cü il Nobel Sülh mükafatının əsas favoritləri kimi görür.

 

Bundan başqa, Rusiya prezidenti Vladimir Putin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, PKK-nın həbsdəki lideri Abdullah Öcalanın da adları Nobel Sülh mükafatına namizədlər arasındadır.

 

2013-cü il Nobel Sülh Mükafatı Suriyada kimyəvi silahların məhvi ilə məşğul olan “Kimyəvi Silahları Qadağan edən Təşkilat”a verilmişdi.

 

Qeyd edək ki, dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı, qalmaqallı “Daş yuxular” romanının (Romanda Azərbaycan-Ermənistan münaqişəsi fonunda baş verən hadisələrdən bəhs olunur-red) müəllifi Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. 

 

Norveç Nobel Komitəsinə ünvanlanmış müraciətdə Əkrəm Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanın: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar