Nobel mükafatı tarixdə ilk dəfə hərracda satıldı
05 dekabr 2014 07:31 (UTC +04:00)

Nobel mükafatı tarixdə ilk dəfə hərracda satıldı

0

DNT strukturunu ilk icad edən amerikalı alim Ceyms Uotsonun sahibi olduğu  Nobel mükafatı  Nyu Yorkda Christie's hərrac evi tərəfindən 4,1 mln dollara satılıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, beləliklə, elm sahəsində ən yüksək mükafata layiq görülmüş 86 yaşlı Ceyms Uotson mükafatını satmağa qərar vermiş ilk Nobel laureatçısı olub.    

 

Bundan başqa, Ceyms Uotsonun 1962-ci ilin  dekabrın 10-da Stokholmda Nobel Komitəsinin təntənəli mərasimində çıxışı üçün hazırladığı əlyazma tezislər 300 min dollara satılıb.  Həmçinin, Ceyms Uotsonun mühazirəsinin hərraca çıxarılan əlyazma və qaralaması isə 200 min dollara satılıb.   

 

Alim əldə ediləcək vəsaitlərin xeyriyyə tədbirlərinə xərcləyəcəyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar