Misir hakimiyyəti Nobel Sülh mükafatı laureatı irlandiyalı Meyrid Korriqan-Maquayrı ölkədən deportasiya edib.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, o, hüquq müdafiəçilərinə qoşularaq, Qəzza zolağına getmək istəyəndən sonra bu qərar verilib.
«8 saat ərzində bizi təcridxanaya salaraq, sorğu-sual etdilər. Sonra bizə Misirə buraxılmadığımızı dedilər. Bunun ardınca təyyarə mindirib, geri göndərdilər»-deyə, o, söyləyib.
Mənbə xatırladıb ki, oxşar hadisə 2010-cu ilin oktyabrında da baş verib. Onda Meyrid Korriqan-Maquayrı Qəzza zolağına mühasirəni yaramaq istəyəndə Təl-Əviv hava limanından deportasiya olunmuşdu.
Korriqan-Maquayr Şimali İrlandiyada hüquq müdafiəçisi kimi fəaliyyətinə və barış uğrunda mübarizəyə görə 1976-cı ildə Nobel Sülh mükafatına layiq görülüb.