Brüssel Cinayət Məhkəməsi Belçika vətəndaşı Stefani Catonu sənədlərin yoxlanılması zamanı niqabını açmaqdan imtina etdiyi və polislərə xəsarət yetirdiyi üçün 18 ay müddətinə azadlıqdan məhrum edilib. Lent.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Belga agentliyi xəbər verir.
S.Cato 2012-ci ildə öz hərəkətləri ilə Brüsselin Molenbek-Sen-Jan kommunasında müsəlman gənclər arasında etirazların yaranmasına səbəb olmuşdur.
Sənədlərin yoxlanılması zamanı niqabını açmaqdan imtina edən müsəlman qız, baş zərbəsi bir polisin burnunu və iki dişini sındırıb. Polis məntəqəsində o daha bir neçə hüquq-mühafizə orqanlarının əməkdaşına xəsarət yetirib.
Polisə müqavimət göstədiyi üçün Stefano Cato 2,5mindən 7,2 min avroya qədər cərimə edib.