Avstriya məhkəməsi Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu Alekseyin 5 milyon avroluq əmlakının həbs edilməsi haqda qərar çıxarıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, hüquq mühafizə orqanları Avropa Birliyinin sanksiyalarını əsas götürərək, keçmiş hökumət başçısının oğluna məxsus “L.A.D.A. Holding Anstalt” şirkətinin Vyana və Ştrin şəhərlərindəki daşınmaz əmlakı həbs edilib.