Hindistan kəndlərinin birinin sakinləri 16 yaşlı yeniyetmə qızı qaçdığı 36 yaşlı kişi ilə birgə döyüb, sonra isə tonqalda yandırıblar. Musavat.com-un mignews-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Bixaya ştatının polis əməkdaşları bildiriblər ki, kişini və gənc qızı ikincinin qohumları linç ediblər. O da məlum olub ki, 36 yaşlı kişi evli olub.
Qeyd edək ki, Hindistan qanunlarına görə, yeniyetməlik yaşı 21-dən başlayır.
Polis 6 nəfərə qarşı cinayət işi qaldırıb. Lakin hələlik onlardan yalnız biri həbs edilib.
Əlavə edək ki, Hindistanda “namus naminə” qətllər tez-tez baş verir.