Nigeriyanın Mayduquri şəhərində törədilmiş üç partlayış nəticəsində 58 nəfər ölüb, 139 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışlardan biri şəhər bazarında törədilib, daha iki terror aktı bazarın yaxınlığında baş verib.
Ölənlər arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.
Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Terror aktlarının “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.