Nigeriyanın şimal-qərbində Katsin bölgəsində bir neçə kəndə basqın zamanı azı 69 nəfər öldürülüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şahidlər deyib ki, basqınçılar çobandır.Onlar momoskletlə kəndə gəlib və sorğusu insanları öldürməyə başlayıblar.
Deputatlardan birinin sözlərinə görə, martın 13-də bir kənddə qətlə yetirilmiş 47 nəfər dəfn edilib: «Təhlükəsizlik qüvvələri Katsin bölgəsinə səfər edən ölkə prezidenti Qudlak Conatanın mühafizəsi ilə məşğul olan zaman kənddə qətllər törədilib».
Münaqişənin tayfalar arasında torpaq üstündə düşdüyü ehtimal edilir.