Nigeriyada terrorçulardan xilas edilən qadınların əksəriyyəti hamilədir
06 may 2015 06:49 (UTC +04:00)

Nigeriyada terrorçulardan xilas edilən qadınların əksəriyyəti hamilədir

Nigeriyada “Boko Haram” terror qruplaşmasının düşərgələrindən xilas edilmiş qadınların əksəriyyəti hamilədir, BMT onların sayını dəqiqləşdirir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.  

 

“Nigeriyada “Boko Haram” terrorçularından xilas edilmiş  qadınların əksəriyyətinin hamilə olduğu müəyyənləşdirilib, lakin biz xilas edilənlərin arasında hamilə olanların ümumi sayını hələ müəyyən etməmişik. Hazırda müayinələr davam etdirilir ”, deyə BMT baş katibinin rəsmi nümayəndəsi bildirib.

 

“BMT-nin Əhali Fondu (UNFPA) Bornoda məcburi köçkün düşərgəsində yerləşdirilən qadınlardan 214-də açıq-aydın hamiləlik əlamətlərinin olduğunu bildirib. Hazırda onlar humanitar proqram çərçivəsində himayəyə götürülüb”, deyə Düjarrik əlavə edib.  

 

O hamilə qadınların hamısının məhz bu günlərdə terrorçuların düşərgələrindən xilas edilən girovlar olduğunu təsdiqləmək mümkün olmadığını qeyd edib.  

 

Qeyd edək ki, Nigeriya ordusu aprelin sonlarında “Boko Haram”ın bir neçə düşərgəsini məhv edərək girovluqda saxlanılan yüzlərlə gənc qadını xilas edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar