Nigeriyanın Borno ştatında terrorçu-kamikadzelər tərəfindən törədilən partlayışlar nəticəsində azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzelərdən ikisi özlərini Sabon Qarı kəndindəki nəzarət-keçid məntəqəsində partladıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Digər terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu qonşu yaşayış məntəqəsində işə salıb. Partlayış zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin “Boko Haram” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.