Nigeriyada növbəti partlayışın qurbanı 35 nəfər oldu
28 noyabr 2014 00:38 (UTC +04:00)

Nigeriyada növbəti partlayışın qurbanı 35 nəfər oldu

0

Nigeriyanın şimal-şərqində törədilmiş güclü partlayış nəticəsində beşi hərbçi olmaqla  azı 35 nəfər ölüb.  

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Adamava ştatının Mararaba Muri rayonunda baş verib. Şahidlərin yerli Punch nəşrinə bildirdiyinə görə, hərbçilər yerli ovçularla birlikdə ərazidə patrul keşiyi çəkərkən yolun kənarında quraşdırılmış partladıcı qurğu işə salınıb.   

 

Hadisənin təfərrüatları açıqlanmır. Partlayışa görə məsuliyyəti  heç bir qruplaşma öz üzərinə götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar