Nigeriyanın şimal-şərqində törədilmiş növbəti terror aktı nəticəsində 45 nəfər ölüb.
APA-nın “Franse Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Partlayış Borno şəhərində, iki qadın-kamikadze tərəfindən törədilib. Onların “Boko Haram” radikal dini qruplaşmasının üzvü olduğu ehtimal olunur.