Nigeriyada neft oğurluğunda şübhəli bilinən iki ingilis tutulub
30 mart 2014 06:13 (UTC +04:00)

Nigeriyada neft oğurluğunda şübhəli bilinən iki ingilis tutulub

Britaniyanın iki vətəndaşı və bir neçə nigeriyalı ölkənin Delta ştatından keçən neft kəmərindən «qara qızıl» oğurladıqları üçün həbs olunub.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yerli hakimiyyət təmsilçisi bildirib ki, onlar kəmərin təhlükəsizliyinə cavabdeh olan zabiti rüşvətlə ələ alaraq, kəmərdən nefti limanda dayanan gəmiyə ötürürmüş.

 

Britaniyalıları muzdla işə götürən “Port2Port West Africa” Dəniz Mühafizə Agentliyi  ingilislərin iştirakını inkar edib.

 

Məlumata əsasən həbs olunan nigeriyalılar isə kəmər xidmətçisi işləyirmiş.

 

Neft oğurluğu Nigeriyanın keçmiş problemidir. Rəsmiləri bildirib ki, hər gün ölkədə 200 min barel neft oğurlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar