Cənubi Afrika Respublikası prezidenti Ceykob Zuma Nigeriyada kilsənin uçması nəticəsində 67 CAR vətəndaşının öldüyünü bəyan edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə CAR prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Nigeriyanın rəsmi qurumları bundan əvvəl faciə nəticəsində ölənlərinin sayının 62 nəfər olduğunu açıqlayıb. CAR prezidentinin mətbuat xidməti qurbanların sayında olan fərqə dair heç bir aydınlıq gətirməyib.
Xatırladaq ki, insident sentyabrın 13-də Nigeriyanın Laqos şəhərində baş verib.