APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 71 nəfərin yaralandığı bildirilir.
Yaralıların bir qisminin vəziyyəti ağır kimi qiymətləndirilir.
İnsidentə görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməsə də, partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.
Qeyd edək ki, iyulun əvvəlində Cos şəhərində törədilən iki partlayış nəticəsində 50 nəfər həyatını itirmişdi. Son iki həftə ərzində isə Nigeriyada 300-dən çox dinc sakin “Boko Haram”ın törətdiyi terror aktlarının qurbanı olub.
***
Nigeriyada iki partlayış törədilib, nəticədə ən azı 30 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qombe şəhərinin bazarında baş verib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi ölənlərin sayının artacağını istisna etməyib. Partlayışlara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.