Nigeriyada təyyarə yaşayış evinin üstünə düşdü: 7 ölü
29 avqust 2015 21:03 (UTC +04:00)

Nigeriyada təyyarə yaşayış evinin üstünə düşdü: 7 ölü

0

Nigeriyanın Hərbi-Hava Qüvvələrinə məxsus “Dornier-228” təyyarəsi ölkənin şimal bölgəsində yaşayış evinin üstünə düşüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 ekipaj üzvü və 3 sərnişin ölüb.

 

Hazırda yanğınsöndürənlər təyyarənin qəzaya uğramasından sonra başlayan yanğının qarşısını almağa çalışırlar. Hadisə zamanı yaşayış evində heç kim olmayıb.

 

Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar