Nigeriyanın Laqos şəhərində ölkənin tanınmış moizəçisi Temitope Baloqun Coşuanın rəhbərlik etdiyi din mərkəzinin binası uçub.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, dağıntılar altından cəsədlər çıxarılır.
Hazırda 3 nəfərin öldüyü təsdiqlənib. Məlumatlara görə, dini mərkəz ikimərtəbəli olub, binaya daha üç mərtəbə sonradan əlavə olunub.