Nigeriyada bazarda partlayış: 15 ölü
23 dekabr 2014 02:19 (UTC +04:00)

Nigeriyada bazarda partlayış: 15 ölü

0

Nigeriyanın Bauçi şəhərinin mərkəzi bazarı ərazisində törədilmiş güclü partlayış nəticəsində 15 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan  sonra bazarda başlayan güclü yanğın xilasedicilər və həkimlərin işinə mane olur.

 

“Zərərçəkənlərin sayı olduqca çoxdur, lakin yanğına görə biz heç nə edə bilmirik”, deyə Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi bildirib.

 

Xatırladaq ki, bir gün əvvəl Nigeriyanın  şimal-şərqindəki Qombe şəhərinin avtovağzalında baş verən partlayış nəticəsində azı 20 nəfər ölmüşdü. Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar