Nigeriyanın şimal-şərqində, Borno ştatında naməlum şəxslər qızlar məktəbinə basqın edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, uşaqların valideynləri bildirib ki, iki yüzdən çox məktəbli qız oğurlanıb.
Yerli informasiya vasitələrinin məlumatına əsasən, basqın zamanı məktəbin iki mühafizəçisi öldürülüb.
Xatırladaq ki, aprelin 14-də səhər çağı avtobus dayanacağında baş vermiş iki partlayış nəticəsində 70-dən çox insan həlak olmuşdu.