Niderlandda polis terror aktları hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılanlardan biri əvvəl Suriyada silahlıların tərəfində vuruşub.
“Onlar terror aktları hazırlamaqda və “Əl Qaidə”-nin Suriya qolu olan “Ən Nüsrə Cəbhəsi” qruplaşmasına qoşulmaq niyyətlərinin olmasında şübhəli bilinirlər”, deyə prokurorluğun bəyanatında qeyd olunur.
Prokurorluğun məlumatına görə, 130 Hollandiya vətəndaşı Suriyaya yollanıb, onlardan 30-u geri dönüb, 14 nəfər isə döyüşlərdə həlak olub.