Netanyahu seçkilərdə "böyük qələbə" qazandığını elan etdi
18 mart 2015 06:51 (UTC +04:00)

Netanyahu seçkilərdə "böyük qələbə" qazandığını elan etdi

0

İsrailin baş naziri Binyamin Netanyahu ölkənə sona çatmış parlament seçkilərində  rəhbəri olduğu “Likud” partiyasının və, ümumilikdə, sağ düşərgənin “böyük qələbə” qazandığını elan edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələri hələlik elan olmayıb, lakin keçirilən üç “exit-poll” sorğusunun ikisinin nəticələrinə əsasən,  “Likud” 120 mandatdan 27-sini toplayaraq “Sionist düşərgəsi” solçu müxalifət bloku ilə bərabər səs toplayıb. Üçüncü versiyaya görə isə, “Likud” 28 mandata nail olub, yəni “Sionist düşərgəsi”ndən 1 mandat irəlidədir.  

 

““Likud”un rəhbərliyi altında milli düşərgənin böyük qələbəsi İsrail xalqının qələbəsidir”, deyə ardıcıl 3 dəfə, ümumilikdə isə, dördüncü dəfə hökumət rəhbəri vəzifəsinə iddialı olan Netanyahu  Twitter səhifəsində sevinci ilə bölüşüb.

 

Qeyd edək ki, seçkiqabağı sorğuların hamısı  müxalifətin qalib gələcəyini proqnozlaşdırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar