Netanyahu Putinə narazılığını bildirdi
14 aprel 2015 23:28 (UTC +04:00)

Netanyahu Putinə narazılığını bildirdi

İsrailin baş naziri Bimyamin Netanyahu Rusiyanın “S-300” raketlərinin İrana verilməsinə qoyulmuş qadağanın ləğv olunması ilə bağlı Rusiyanın prezidenti Vladimir Putinə narazılığını bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  baş nazirin dəftərxanasının yaydığı məlumatda bildirilir.     

 

Sənəddə Netanyahunun Rusiya prezidenti ilə danışıq apardığı və Rusiyanın “S-300” raketlərini İrana satmaq qərarı ilə bağlı narazılıq ifadə etdiyi  qeyd edilir: “Baş nazir prezident Putinə bildirib ki, bu addım İranın bölgədə aqressivliyini artıracaq və Yaxın Şərqdə təhlükəsizliyi sarsıdacaq”.   

 

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Bimyamin Netanyahu ilə telefon danışığı zamanı Rusiyanın “S-300” raketlərinin İrana verilməsinə qoyulmuş qadağanın ləğv olunmasının hansı məntiqə əsaslandığını izah edib.  

 

Belə ki, Putin “S-300” zenit-raketlərinin öz taktiki-texniki xüsusiyyətlərinə görə sırf müdafiə təyinatlı kompleks olduğunu, onun İsrailin və Yaxın Şərq regionundakı digər ölkələrin təhlükəsizliyinə xələl gətirməyəcəyini qeyd edib.         

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar