Netaniyahu: “İsrailə ziyan vurmaq istəyənlərə zərbə endirəcəyik”
24 iyun 2014 02:11 (UTC +04:00)

Netaniyahu: “İsrailə ziyan vurmaq istəyənlərə zərbə endirəcəyik”

“Bizə kim ziyan vurmağa cəhd göstərsə, İsrail ona zərbə endirəcək”.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu bəyanatla yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu parlamentdəki hakim “Likud” Partiyası fraksiyasının iclasında çıxış edib.

 

 

“Gecə (iyunun 23-ü səhər saatlarında - red.) biz Suriya ordusunun (Bəşar Əsəd rejiminə məxsus – red.) bizə qarşı fəaliyyət göstərən bir neçə postuna ciddi hərbi əməliyyat keçirdik. Lazım gələrsə, bu əməliyyatı bizə ziyan vurmaq istəyən hər kəsə qarşı  edəcəyik ”-deyə, o, bildirib.

 

Xatırladaq ki, iyunun 22-də  İsrailin Hərbi Hava Qüvvələri Hollan yüksəkliklərindəki Suriya ordusunun 9 mövqeyinə raket-bomba zərbəsi endirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar