Ötən gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1805 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatına görə, təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb.
Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.