Nepalda bu səhər dağlıq bölgədə itdiyi deyilən Tara Hava Yollarına aid sərnişin təyyarəsinin qalıqları tapılıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bölgədəki axtarışlar nəticəsində hadisə zamanı təyyarədə 2-si xarici vətəndaş olmaqla ümumilikdə 23 nəfərin öldüyü açıqlanıb. Açıqlamada cəsədlərin tamamilə yanıb külə döndüyü deyilir. Həmçinin bildirilir ki, sərnişinlərdən 2-si Çin və Küveyt vətəndaşı, qalan 21 nəfər isə Nepal vətəndaşıdır. Sərnişinlər arasında 2 uşaq da olub.
Qeyd edək ki, Jomsom kəndindən Pokhara şəhərinə gedən Tara Hava Yollarına aid 23 nəfəri daşıyan sərnişin təyyarəsi səhər saatlarında dağlıq bölgədə radardan yoxa çıxıb. Polis nümayəndəsinin verdiyi məlumata görə, təyyarə qalxdıqdan 18 dəqiqə sonra yerə düşüb.