Nepal zəlzələsində ölənlərin sayı 4 mini ötdü
27 aprel 2015 23:36 (UTC +04:00)

Nepal zəlzələsində ölənlərin sayı 4 mini ötdü

Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 mini ötüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın daxili işlər nazirliyindən bildiriblər.

 

Məlumata əsasən, 7 min nəfər tibbi yardım üçün səhiyyə müəssisələrinə müraciət edib.

 

Bununla belə Himalay dağında  4,9-6,9 bal gücündə zəlzələlər davam etməkdədir. Yeraltı təkanların episentrinin Hindistanın Qərbi Benqaliya ştatına keçdiyi bildirilir. Nepal əhalisi isə hələ ki, küçələrdə gecələmək məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar