Bu gün Nepalın paytaxtı Katmandudan 45 km aralıda 5,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, yeraltı təkanlar yerin səthindən 10 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, ötən gün Nepalda baş vermiş 7,9 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 1500 nəfəri keçib, azı 1700 nəfər xəsarət alıb.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.