Nepal hökuməti zəlzələnin yaratdığı dağıntılar altında qalanların sağ qalmaq ehtimalının olmadığını açıqlayıb. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, Nepalın Daxili İşlər Nazirliyinin rəsmisi zəlzələdən bir həftə vaxt keçdiyini və artıq ümidlərinin qalmadığını bildirib.
Qeyd edək ki, aprelin 25-də baş vermiş zəlzələdə ölənlərin sayı 6 mini, yaralıların sayı isə 14 mini keçib. Xəstəxanaları yaralılarla dolub daşır. Tibbi yardım çatışmır.