Nemtsovun qətlində şübhəli bilinənlərə yekun ittiham elan olunacaq
29 dekabr 2015 05:26 (UTC +04:00)

Nemtsovun qətlində şübhəli bilinənlərə yekun ittiham elan olunacaq

Dekabrın 29-da Rusiya İstintaq Komitəsi tanınmış siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərə qarşı yekun ittiham irəli sürəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə vəkil Şamsudin Tsakayev bildirib.

 

Onun sözlərinə görə, yaxın günlərdə cinayət işinin fiqurantları və zərərçəkən tərəfin nümayəndələri işin materialları ilə tanış olacaqlar. Daha sonra cinayət işi prokurorluq və məhkəməyə göndəriləcək.

 

Qətllə bağlı bu günədək 5 nəfər saxlanılıb: Zaur Dadayev, Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Anzor və Şadid Qubaşev qardaşları. Qətlin təşkilində şübhəli bilinən “Şimal” batalyonunun zabiti Ruslan Muxudinov beynəlxalq axtarışa verilərək qiyabi həbs edilib.

 

Rusiya İstintaq Komitəsi müxalif siyasətçinin qətlini onun siyasi fəaliyyəti ilə əlaqədar olmadığını bildirib.

 

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Kremlin yaxınlığında odlu silahdan güllələnərək öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar