Nemtsovun qətlində ittiham olunan şəxs izahatından imtina etdi
18 sentyabr 2015 06:51 (UTC +04:00)

Nemtsovun qətlində ittiham olunan şəxs izahatından imtina etdi

0

Tanınmış rusiyalı siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan Anzor Qubaşev  etiraf izahatından imtina edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qubaşevin vəkili Musa Hədisov bildirib.   

 

“Bu gün Anzor Qubaşevin təkrar dindirilməsi keçirilib. Dindirilmə zamanı o rəsmi olaraq  etiraf izahatından imtina edib”, deyə vəkil bildirib.

 

Vəkilin sözlərinə görə,   Qubaşev etiraf izahatını təzyiq altında – qardaşının azadlığa buraxılmasına dair sövdələşmə əsasında verib.

 

Bundan əvvəl isə bildirilmişdi ki, Qubaşevin qardaşı Şədid Anzorun Nemtsovun qətlində əli  olduğunu etiraf edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar